Bakıda etibarlı tikinti şirkətlərinin adları açıqlanıb.
"Report" xəbər verir ki, ARB telekanalında yayımlanan və vəkil Vüsalə Muradxanlının müəllifi olduğu "Qanun Qayda" verilişində bu dəfə tikinti sektoru ilə bağlı vacib açıqlama verilib.
Verilişin sonunda tanınmış vəkil Yavər Yavərzadə, uzun illərdir vətəndaşları narahat edən mənzil problemləri və yarımçıq tikililər mövzusuna toxunaraq, Bakıda etibarlı hesab etdiyi tikinti şirkətlərinin adlarını canlı efirdə səsləndirib.
“Sənədsiz mənzillərlə bağlı fırıldaqlardan qorunmaq üçün vətəndaşlar bu şirkətlərə üstünlük verməlidir. Biz hüquqşünaslar öz tövsiyəmizi gizlətməməliyik”, – deyə o bildirib.
Vəkilin etibarlı hesab etdiyi tikinti şirkətləri bunlardır:
- East park yaşayış kompleksi
- İnvest M Konstrakşin
- Capital City
- Capital Plaza
- Grand Plaza Residence
- Eleven Park Residence
- Kristal Abşeron
- Hünər Qrup
