Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 %-dən çox artıb
- 01 oktyabr, 2022
- 08:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,2 % artaraq 3 milyard 251,9 milyon manat olub.
“Report” xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 044,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 93,6 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 5 milyard 641,3 milyon manat təşkil edib.
Məlumata görə, bunun 4 milyard 282,9 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,9 %-ni təşkil edib.
8 ay ərzində hər bir ölkə sakini orta hesabla 560,9 manatlıq və yaxud 1 il əvvələ nisbətən 89,1 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.