Bakıda əhaliyə 10 ayda 5,5 milyard manatlıq ödənişli xidmət göstərilib
- 29 noyabr, 2023
- 12:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyard 479,8 milyon manat təşkil edib.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 % çoxdur.
10 aylıq xidmətlərin 4 milyard 537,3 milyon manatlıq hissəsi və yaxud 82,8 %-ni hüquqi şəxslərin payına düşüb.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,3 % artaraq 9 milyard 087,1 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 895,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 %-ini təşkil edib.