Bakıda daha bir filialımız – “Rahat” Gourmetmarket açıldı

Bakıda daha bir filialımız – “Rahat” Gourmetmarket açıldı Bu gün “Rahat” Gourmetmarketin yeni filialı fəaliyyətə başlayıb
Biznes
9 Aprel , 2021 17:22
Bakıda daha bir filialımız – “Rahat” Gourmetmarket açıldı

Bu gün “Rahat” Gourmetmarketin yeni filialı fəaliyyətə başlayıb. Xəzər rayonu, Buzovna ş.t. qəsəbəsi, Heydər Eyvazov 1 A ünvanında yerləşən filialda yeni, tam fərqli formatda, hər marketdə tapa bilməyəcəyiniz dünya markaları cəmlənib.

Əsl qurmanların sevdiyi bir məkan ola biləcək xüsusi ilə “RAHAT” gourmetmarket üçün gətirilən bir çox məhsullarla birgə, on mindən çox məhsul çeşidi ilə müştərilərinin xidmətində olan filial səbirsizliklə onu sevən müştərilərini gözləyir.

Çeşidli ət məhsulları və delikateslər, yüksək keyfiyyətli, istənilən zövqə uyğun, bir sıra xarici ölkələrin qabaqcıl istehsalçılarından növbənöv içkilər, çeşidli süd məhsulları, hər növ çərəzlər və quru meyvələr, qurmanlarımız tərəfindən hər gün hazırlanan, qoxusundan doya bilməyəcəyiniz hazır yeməklər, unudulmaz dadları olan şirniyyatlar, təndirdən isti-isti çörəklər sizin ixtiyarınızdadır!

Xüsusi tərtibatda hazırlanan yeni Gourmetmarket ən son texnoloji avadanlıqlarla təchiz olunub.

Qeyd edək ki, açılışda "Rahat” supermarketlər şəbəkəsinin rəhbəri və Azərbaycan Pərakəndəçilər Assosiasiyasın direktoru Samir Abdullayev də iştirak edib.Tədbirdə bir sıra layihələr üzrə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi