Bakıda Azərbaycan-Sinqapur biznes forumu keçiriləcək

Biznes
  • 09 aprel, 2015
  • 07:01
Bakıda Azərbaycan-Sinqapur biznes forumu keçiriləcək

Bakı. 9 aprel. REPORT.AZ/ Aprelin 17-də Sinqapur iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Sinqapur Biznes Forumu keçiriləcək.

"Report"un verdiyi xəbərə görə, biznes forumda İKT, nəqliyyatın və biznesin idarə olunması, logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, generator, metalkəsmə, işıqlandırma, beton hazırlanma avadanlıqlarının istehsalı, dənizdə tikinti işlərinin aparılması və digər sahələri təmsil edən Sinqapur şirkətləri iştirak edəcək.

Biznes-forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə baş tutacaq.

44 filmi