Şahin Mustafayev: "Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi daha da artacaq"

Şahin Mustafayev: "Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi daha da artacaq" Bu gün Bakıda Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası keçirilir.
Biznes
26 Aprel , 2022 14:52
Şahin Mustafayev: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi daha da artacaq

Azərbaycanla Rusiya arasında ticarət əlaqələri inkişaf edir, ötən il ölkələrarasında ticarət dövriyyəsi 20 % artıb və daha da artacağı gözlənilir.  

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasında deyib. 

Onun sözlərinə görə, Rusiya biznesi üçün Azərbaycanda hər cür imkanlar yaradılıb. 

Ş.Mustafayev qeyd edib ki, bu gün keçirilən iclas yubiley xarakteri daşıyır belə ki, hökumətlərarası komissiyanın 20-ci iclası keçirilir: "Bu il həmçinin Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir. Ötən müddət ərzində Azərbaycan və Rusiya arasında əlaqələr bütün istiqamətlərdə inkişaf edib, strateji tərəfdaşlıq səviyyəsinə çatıb".

Qeyd edək ki, iclas Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Rusiya hökumətinin sədr müavini Aleksey Overçukun iştirakı ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi