​Bakıda Azərbaycan-Polşa hökumətlərarası komissiyasının iclası keçiriləcək

​Bakıda Azərbaycan-Polşa hökumətlərarası komissiyasının iclası keçiriləcək Bununla əlaqədar Polşa baş nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək
Biznes
13 Noyabr , 2014 11:16
​Bakıda Azərbaycan-Polşa hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakı. 13 noyabr. REPORT.AZ/ Dekabr ayının 15-də Bakıda Azərbaycan-Polşa iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.  

Bu barədə "Report"a Polşanın Azərbaycandakı səfirliyindən bildirilib.

Polşa nümayəndə heyətinə baş nazirin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski rəhbərlik edəcək. Azərbaycan tərəfindən komissiyanın həmsədri energetika naziri Natiq Əliyevdir. 

İclasda iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir. 

Y.Pexoçiski ilə birgə Azərbaycana polşalı biznesmenlərdən ibarət nümayəndə heyəti gələcək. 

Son xəbərlər

Orphus sistemi