Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilir - ƏLAVƏ OLUNUB

Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilir - ƏLAVƏ OLUNUB İlk xəbər saat 11:25-də verilib
Biznes
134
25 İyun , 2019 11:35
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilir - ƏLAVƏ OLUNUB
Report/ Elchin Murad

İlk xəbər saat 11:25-də verilib

“Ötən il Azərbaycanla Monteneqro arasında ticarət dövriyyəsi artıb, amma mövcud vəziyyət iki ölkənin potensialını əks etdirmir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Sahil Babayev deyib.

Monteneqronun Baş naziri Duşko Markoviçin iştirakı ilə başı tutan tədbirdə siyasi əlaqələrin yüksək səviyyədə olduğu, iqtisadi əlaqələrin də genişləndirilməsinin vacibliyi vurğulanıb.

“Bugünkü biznes forumda 150-dən çox şirkət iştirak edir. Onlar investisiya qoyuluşu sahəsində müzakirələr aparır. Monteneqro Azərbaycan üçün Balkan yarımadası ölkələrinin bazarlarına, Azərbaycan isə Monteneqro üçün MDB ölkələrinin bazarlarına giriş üçün mühüm rol oynaya bilər”, - S.Babayev qeyd edib. 

***

D.Markoviç isə bildirib ki, Monteneqro iqtisadiyyatına investisiya qoyuluşuna görə  Azərbaycan ön sıralarda dayanır. Hazırda Azərbaycan Monteneqroda 900 mln avroluq layihə icra edir.

"İki ölkə arasında münasibətlər inkişaf edib. 2016-cı ildən Monteneqroda Azərbaycan kapitallı "Nova Bank" fəaliyyət göstərir. Biz Monteneqroda etibarlı tərəfdaşları görməyə daim şadıq", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi