Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçirilir

Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçirilir Bu gün Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti işə başlayıb.
Biznes
27 Oktyabr , 2021 09:11
Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçirilir

Bu gün Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti işə başlayıb.

“Report” xəbər verir ki, 3 gün davam edəcək tədbir tədbir İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə baş tutub.

Sammitdə İƏT-ə üzv ölkələrin dövlət rəsmiləri və özəl sektor təmsilçiləri iştirak edir. Tədbirin əsas məqsədi gənclərə startap layihələrini investorlara təqdim etmək fürsəti yaratmaqdır. Sammit çərçivəsində startaplar üçün xüsusi tanıtım proqramı təşkil ediləcək, 50-yə yaxın startapın təqdim olunacağı sərgi keçiriləcək. Startap layihələri qida, kənd təsərrüfatı, “yaşıl iqtisadiyyat”, maliyyə texnologiyaları, oyun və onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və s. sahələri əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi