Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək Forum İqtisadiyyat Nazirliyinin dəstəyi ilə "Azpromo" tərəfindən təşkil olunur
Biznes
1154
11 Yanvar , 2017 12:16
Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək

Bakı. 11 yanvar. REPORT.AZ/ Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində yanvarın 17-də Bakıda Azərbaycan-Çexiya biznes-forumu baş tutacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “Report”a verilən xəbərə görə, biznes-forum İqtisadiyyat Nazirliyinin dəstəyi və "Azpromo"nun təşkilatçılığı ilə keçiriləcək. 

Forumda kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sığorta, energetika, logistika, tikinti, hüquq, neft-kimya, maşınqayırma, şüşə istehsalı və digər sahələrdə fəaliyyət göstərən Çexiya şirkətlərinin iştirakı gözlənilir. Tədbirə qeydiyyat yanvarın 17-si saat 11:00-dan etibarən Bakı Biznes Mərkəzində (Neftçilər prospekti,32) başlayacaq.

Forumda iştirak etməkdə maraqlı olan şirkətlərdən təmsilçilərinin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: (012) 598 01 47/48 və ya (012) 437 11 42, daxili - 123; e-mail: [email protected];) “Azpromo”ya göndərmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi