Bakı. 17 mart. REPORT.AZ/ "Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında təşkil ediləcək III biznes-foruma hazırlıq gedir".
Bunu "Report"a açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.
Onun sözlərinə görə, tədbir iyunun 5-də Bakıda baş tutacaq: "Belə biznes-forumların təşkil edilməsi iş adamlarının bir-birini daha yaxından tanıması üçün mühümdür. Çünki forum biznes əlaqələrini təşviq edir. Xeyli sayda qonaq gözləyirik".