Bakıda adında “Bayraktar” sözü olan yeni şirkətlər yaradılıb

Bakıda adında “Bayraktar” sözü olan yeni şirkətlər yaradılıb İqtisadiyyat Nazirliyi “Bayraktar Medikal və Sanaye” və “Bayraktar” MMC-ləri dövlət qeydiyyatına alıb.
Biznes
18 Noyabr , 2020 11:53
Bakıda adında “Bayraktar” sözü olan yeni şirkətlər yaradılıb
0 : 00
0 : 00

İqtisadiyyat Nazirliyi “Bayraktar Medikal və Sanaye” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ev 104, mənzil 3, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Muhammed Okan Alcandır.

Bundan başqa, “Bayraktar” MMC də qeydiyyatdan keçib. Bu kommersiya qurumunun isə hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 4, mənzil 35, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə İlham İslam oğlu Qəribovdur.

Son xəbərlər

Orphus sistemi