Bakıda 25 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb

Biznes
  • 10 iyun, 2024
  • 10:26
Bakıda 25 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Atropatena Elektro Komplekt” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, nizamnamə kapitalı 25,078 milyon manat, qanuni təmsilçisi isə Kamran Elçin oğlu Dadaşovdur.