Bakıda 2016-ci ilin yekunları üzrə "Azeri Business Award" Milli mükafatının təqdimatı keçiriləcək

Bakıda 2016-ci ilin yekunları üzrə "Azeri Business Award" Milli mükafatının təqdimatı keçiriləcək Bu il tədbirdə 250 qonağın iştirakı planlaşdırılır
Biznes
4 Noyabr , 2016 15:55
Bakıda 2016-ci ilin yekunları üzrə Azeri Business Award Milli mükafatının təqdimatı keçiriləcək

Bakı. 4 noyabr. REPORT.AZ/ Bakıda dekabrın 14-də 2016-ci ilin yekunları üzrə "Azeri Business Award" Milli mükafatının təqdimetmə mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, tədbir "Business Time" aylıq biznes jurnalı tərəfindən təşkil edilib.

Bu il tədbirdə 250 qonağın iştirakı planlaşdırılır. Onların arasında Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik missiyaların, işgüzar dairələrin və Azərbaycanın aparıcı KİV nümayəndələri olacaq.

Qeyd edək ki, "Azeri Business Award" mükafatlandırma mərasimi Azərbaycanın biznes həyatında ən nüfuzlu hadisələrdən biridir.

Son xəbərlər

Orphus sistemi