"Bakı Şampan Şərabları"nın zərəri 29 % artıb

Biznes
  • 15 iyun, 2023
  • 13:30
Bakı Şampan Şərablarının zərəri 29 % artıb

“Bakı Şampan Şərabları” ASC 2022-ci ili 49 min manat zərərlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 28,9 % çoxdur.

Ötən il “Bakı Şampan Şərabları”nın əməliyyat gəlirləri 226 min manat (29,9 % çox), əməliyyat xərcləri 215 min manat (19,4 % çox), inzibati xərclər isə 61 min manat (90,6 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Şampan Şərabları”nın aktivləri 7,423 milyon manat olub ki, bu da, 1 il əvvələ nisbətən 0,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 7,4 % artaraq 795 min manata çatıb, balans kapitalı isə 0,7 % azalaraq 6,628 milyon manata düşüb.

Xatırladaq ki, “Bakı Şəmpan Şərabları” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,194 milyon manatdır.

44 filmi