"Bakı Şampan Şərabları"nın zərəri 2 dəfə azalıb
- 27 may, 2022
- 05:30
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bakı Şampan Şərabları” ASC 2021-ci ili 38 min manat zərərlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 50,6% və yaxud təxminən 2 dəfə azdır.
Ötən il “Bakı Şampan Şərabları”nın əməliyyat gəlirləri 174 min manat (10,8 % çox), əməliyyat xərcləri 180 min manat (6,5 % çox), inzibati xərclər isə 32 min manat (45,8% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Bakı Şampan Şərabları”nın aktivləri 7,421 milyon manat olub ki, bu da, 1 il əvvələ nisbətən 0,6% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 1,3% azalaraq 744 min manata, balans kapitalı isə 0,6 % azalaraq 6,677 milyon manata düşüb.
Xatırladaq ki, “Bakı Şəmpan Şərabları” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,194 milyon manatdır.