“Bakı Neft Mədən Avadanlıqları”nın səhmdarlarının yığıncağı keçiriləcək

“Bakı Neft Mədən Avadanlıqları”nın səhmdarlarının yığıncağı keçiriləcək Yığıncağın gündəliyi açıqlanmayıb
Biznes
21 Aprel , 2017 09:05
“Bakı Neft Mədən Avadanlıqları”nın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 21 aprel. REPORT.AZ/ İyunun 9-da, saat 15:00-da “Bakı Neft Mədən Avadanlıqları” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsi, 112 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Bakı Neft Mədən Avadanlıqları” ASC 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 765876 manatdır. 

Son xəbərlər

Orphus sistemi