Bakı Limanı Almaniya şirkətləri ilə investisiya layihələrini müzakirə edib

Bakı Limanı Almaniya şirkətləri ilə investisiya layihələrini müzakirə edib "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Almaniyanın 10 şirkəti arasında potensial investisiya və əməkdaşlıq imkanları müzakirə olunub.
Biznes
28 Fevral , 2024 18:59
Bakı Limanı Almaniya şirkətləri ilə investisiya layihələrini müzakirə edib

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Almaniyanın 10 şirkəti arasında potensial investisiya və əməkdaşlıq imkanları müzakirə olunub.

"Report" bu barədə Bakı Limanına istinadən xəbər verir.

Məlumata görə, Almaniyanın Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə "Knauf lnternational", "Falk Beratung", "VNG", "Edison Technologies", "Rhenus", "Gerber Architekten", "HHLA lnternational", "ATLAS International", "Kranich Design" ve "Marburger Tapatenfabrik” kimi şirkətlərin nümayəndələri ilə Bakı Limanında görüş keçirilib. Görüşdə Almaniya Şərqi Biznes Assosiasiyasının İcraçı direktoru Maykl Harmsın rəhbərlik edib.

Görüş zamanı, həmçinin Bakı Limanının tarixi, infrastruktur layihələri, Orta Dəhlizin inkişafındakı rolu müzakirə olunub.

Sonra qonaqlar limanın terminallarındakı iş prosesi ilə tanış olublar.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manat təşkil edir. Liman yük, neft və bərə terminallarından ibarətdir.

14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir. İkinci fazanın yekunlaşdırılmasından sonra Bakı Limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək.

Son xəbərlər

Orphus sistemi