Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib Sahibkarları onları narahat edən məsələlərin həllini tapacağı deyilib
Biznes
24 May , 2017 13:26
Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

Bakı. 24 may. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsində idxal-ixrac əməliyyatları ilə məşğul olan bir qrup biznes subyektləri ilə görüş keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, görüşdə çıxış edən idarənin rəisi Vüsal Novruzov son illər qeyri-neft sektorunun - turizm, kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən dəstək Azərbaycan iqtisadiyyatında bu sektorun payını artırıb. Onun sözlərinə görə, sahibkarlığın inkişaf etdirilməsi, daxili istehsalın stimullaşdırılması, mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi ölkənin ixrac potensialının artmasına təkan verib.

İdarə rəisi "Bir pəncərə", "Elektron bəyannamə", "Yaşıl dəhliz" və digər yeniliklərin idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsinə münbit şərait yaratdığını bildirib. O, biznes – gömrük əməkdaşlığının inkişaf etdirilməsinin, qarşılıqlı işgüzar münasibətlərin peşəkar şəkildə qurulmasının ümumi işə faydasından bəhs edərək sahibkarları narahat edən məsələlərin bundan sonra operativ və obyektiv şəkildə həllini tapacağını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi