Bakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb

Bakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” fəaliyyətə başlayıb.
Biznes
12 İyul , 2019 19:40
Bakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” fəaliyyətə başlayıb.

"Report" bu barədə KOBİA-ya istinadən xəbər verir. 

Məlumata görə, bu gün DGK-nın sədri Səfər Mehdiyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakı Baş Gömrük İdarəsinin inzibati binasında “KOB Dostu”nun iş prosesi ilə tanış olub, KOB-ların idxal-ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, gömrük xidmətlərindən istifadə edən mikro, kiçik və orta sahibkarlar Bakı Baş Gömrük İdarəsində fəaliyyət göstərən “KOB Dostu”na müraciət etməklə idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və prosedurları, o cümlədən investisiya və ixrac təşviqindən istifadə zamanı gömrük güzətləri ilə bağlı informasiya, məsləhət, hüquqi yardım, əlaqələndirmə kimi xidmətlərdən istifadə edə biləcəklər. “KOB Dostu”nun Bakı Baş Gömrük İdarəsində fəaliyyəti həmçinin, KOB-ların müvafiq sahə ilə bağlı müraciətlərinin KOBİA-nın və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-özəl əməkdaşlığı çərçivəsində operativ həll olunmasına imkan verəcək. “KOB Dostu” ilə birgə burada “KOB könüllüləri” də fəaliyyət göstərəcək.

“KOB Dostu” mexanizmi KOBİA-nın mikro, kiçik və orta sahibkarlara mühüm dəstək mexanizmlərindəndir. Artıq ölkənin 14 şəhər və rayonunda KOB dostları fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta sahibkarlara mövcud dövlət dəstəyi mexanizmləri, eləcə də Agentliyin müxtəlif xidmətləri vasitəsilə dəstək göstərirlər. 

Son xəbərlər

Orphus sistemi