​Azərbaycanın iqtisadiyyat və sənaye naziri Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüşüb

​Azərbaycanın iqtisadiyyat və sənaye naziri Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüşüb Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 25%, bu il isə 15% artıb
Biznes
16 Sentyabr , 2014 10:32
​Azərbaycanın iqtisadiyyat və sənaye naziri Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüşüb

Bakı. 16 sentyabr.REPORT.AZ/Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Almaniya ilə ticarət əlaqələri ildən-ilə genişlənir. İqtisadiyyat və Sənaye Nazirliyindən Report-a verilən məlumata əsasən, bu fikir Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

Görüşdə Bundestaqın iqtisadiyyat və sənaye üzrə komissiyasının sədri Peter Ramsauer və iqtisadi əməkdaşlıq üzrə komissiyanın sədri Daqmar Vöhrl, eləcə də Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel iştirak ediblər.

Bildirilib ki, 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 25% artaraq 2,2 mlrd. dollara çatıb. Artım tendensiyası 2014-cü ildə də davam edib və bu ilin yanvar-iyul ayları ərzində ticarət dövriyyəsi 15% artıb.

Hazırda Azərbaycanda müxtəlif sahələrdə 177 alman investisiyalı şirkət fəaliyyət göstərir. Azərbaycan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), KFW Bankı ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir.

Görüşdə həmçinin Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin daha da genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb, sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizm, İKT və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi