​Azərbaycanda daha bir pivə istehsalçısının işində nöqsanlar aşkarlanıb

​Azərbaycanda daha bir pivə istehsalçısının işində nöqsanlar aşkarlanıb Bakı. 21 avqust.REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi ...
Biznes
21 Avqust , 2014 11:06
​Azərbaycanda daha bir pivə istehsalçısının işində nöqsanlar aşkarlanıb
Bakı. 21 avqust.REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Salyan rayonu, A.Ağabəyov küçəsində fəaliyyət göstərən "Salyan Qida Məhsulları" İKŞ-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə və digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal olunduğu müəyyən edilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, yoxlama zamanı müəssisədə pivə istehsalının reseptura və texnoloji təlimat olmadan həyata keçirildiyi, sənədli şəkildə təsdiqlənmədiyi halda istehsal olunan pivələrin qablarının arxa tərəfindəki məlumatlarda ən yüksək keyfiyyətli pivə çeşidlərindən biri olması barədə qeyri-dəqiq reklamın verildiyi aşkar edilib.


Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Salyan Qida Məhsulları" İKŞ barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Son xəbərlər

Orphus sistemi