​Azərbaycanda bu il 5,5 min yeni müəssisə yaradılıb

​Azərbaycanda bu il 5,5 min yeni müəssisə yaradılıb Həmçinin, 55,7 min fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçib
Biznes
10 Oktyabr , 2014 16:14
​Azərbaycanda bu il 5,5 min yeni müəssisə yaradılıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeydiyyata alınmış müəssisə və təşkilatların sayı artaraq 5 491 olub. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yeni müəssisələrin 57,3%-i Bakıda, 8,8%-i Aran, 8,2%-i Abşeron, 7,7%-i Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin yanvar-sentyabr aylarında 55 664 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakı, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi