AZPROMO Qətər şirkətləri ilə əməkdaşlığı müzakirə edib

AZPROMO Qətər şirkətləri ilə əməkdaşlığı müzakirə edib Rusiyanın Sankt-Peterburq şəhərində öz işinə başlayan XXIV Beynəlxalq İqtisadi Forumunda Azərbaycan nümayəndə heyətinın tərkibində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) da təmsil olunur.
Biznes
3 İyun , 2021 15:33
AZPROMO Qətər şirkətləri ilə əməkdaşlığı müzakirə edib

Rusiyanın Sankt-Peterburq şəhərində öz işinə başlayan XXIV Beynəlxalq İqtisadi Forumunda Azərbaycan nümayəndə heyətinın tərkibində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) da təmsil olunur.

“Report”un AZPOMO-ya istinadən verdiyi məlumata görə, hər il dünyanın bir çox ölkələrdən dövlət rəsmilərinin, biznes dairələrinin iştirak etdiyi Beynəlxalq İqtisadi Forumun əsas məqsədi qarşılıqlı əməkdaşlığın inkişafı, eləcə də müxtəlif ölkə və qurumlar arasında iqtisadi, ticarət və investisiya imkanlarının genişləndirilməsi istiqamətində müzakirələrin aparılmasıdır. Belə ki, iqtisadi forumda iştirak edən AZPROMO nümayəndələri qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi istiqamətində bir sıra müvafiq xarici şirkət və qurumlarla görüşlər keçirirlər.

Tədbirin ilk günü Qətərin “Hassad Food”, “Qatar Free Zone Authority”, “Qatar Diar”, “Qatar Development Bank”, “Qatar İnvestment Authority” şirkətlərinin nümayəndələri təşkil olunmuş görüşlərdə investisiya, Qətər şirkətləri ilə ikitərəfli əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

XXIV Beynəlxalq İqtisadi Forum 5 iyun tarixinədək davam edəcək.

Son xəbərlər

Orphus sistemi