Bakı. 11 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən 177-si ölkədə, 84-ü isə xaricdə olmaqla ümumilikdə 261 tədbir keçirilib.
“Report” Azpromo-ya istinadən xəbər verir ki, yerli və xarici iş adamlarının iştirak etdiyi tədbirlərdə kənd təsərrüfatı və qida sənayesi, tikinti, İKT, maliyyə və konsaltinq, investisiya, ticarət, təhsil, səhiyyə və əczaçılıq, turizm, nəqliyyat, logistika, sənaye, alternativ enerji, tullantıların idarə edilməsi və s. sahələr üzrə investisiya layihələrinin təqdimatı təşkil olunub.
Tədbirlərdə Azərbaycan istehsalı olan məhsulların ixracı təşviq edilib, xarici tərəfdaşlarla ixraca dair müqavilələr imzalanıb.