İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) “Invest in Azerbaijan” elektron səhifələrinin, həmçinin mobil tətbiqlərinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Safaroff CA" MMC-dir.
Qalib şirkətə 76,7 min manat ödəniləcək.