AZPROMO məhsulların Dubaya daşınması üçün şirkət axtarır

AZPROMO məhsulların Dubaya daşınması üçün şirkət axtarır 21-25 fevralda Dubay şəhərində keçiriləcək “GullFood 2021” sərgisində nümayiş olunacaq məhsulların təyinatı üzrə təslim edilməsi üzrə təkliflər sorğusu elan edilib.
Biznes
5 Fevral , 2021 09:46
AZPROMO məhsulların Dubaya daşınması üçün şirkət axtarır

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) 21-25 fevralda BƏƏ-nin Dubay şəhərində keçiriləcək “GullFood 2021” sərgisində nümayiş olunacaq məhsulların təyinatı üzrə təslim edilməsinin Beynəlxalq Yük Daşınması (Məntəqədən məntəqəyə) xidməti üçün təkliflər sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 8-i, saat 18:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Neftçilər prospekti, 32 ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs- Sənan Davudovdur. Telefon: (012) 598-01-47.

Təkliflərə fevralın 9-u, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi