AZPROMO: "Made in Azerbaijan"dan istifadə hüquqlarının tənzimlənməsi təmin ediləcək”

AZPROMO: "Made in Azerbaijan"dan istifadə hüquqlarının tənzimlənməsi təmin ediləcək” Bu ildən "Made in Azerbaijan" əmtəə nişanından istifadə hüquqlarının tənzimlənməsi təmin ediləcək.
Biznes
1 Fevral , 2023 17:09
AZPROMO: Made in Azerbaijandan istifadə hüquqlarının tənzimlənməsi təmin ediləcək”
Tural Hacılı

Bu ildən "Made in Azerbaijan" əmtəə nişanından istifadə hüquqlarının tənzimlənməsi təmin ediləcək.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas məqsəd beynəlxalq keyfiyyət tələblərinə cavab verən, ixraca hazır olan sahibkarların təşviqini "Made in Azerbaijan" brendi adı altında təşviq etməkdir: "Məqsəd budur ki, "Made in Azerbaijan"ı tanınan keyfiyyət nişanı kimi təbliğ edək. Buna baxmayaraq, ixraca yeni başlayan sahibkarlar kənarda qalmayacaq. Onların təkmilləşdirilməsi nəzərdə tutulur”.

T.Hacılı bildirib ki, bu məqsədlə "İxrac Akademiyası"nın yaradılması gözlənilir: “Biz "İxrac Akademiyası"nı artıq pilot layihə formatında həyata keçirmişik. Burada şirkətlərin ixrac strategiyasının müəyyənləşdirilməsi, ixracın bütün həlqələri boyunca satış, marketinq və digər istiqamətlər üzrə bilik və bacarıqlar artırılacaq”.

Son xəbərlər

Orphus sistemi