Azexport portalı üzərindən sifarişlərin dəyəri 2 milyard dolları ötüb

Azexport portalı üzərindən sifarişlərin dəyəri 2 milyard dolları ötüb Bu ilin avqust ayında Azexport portalına 54,9 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.
Biznes
708
30 Sentyabr , 2020 16:05
Azexport portalı üzərindən sifarişlərin dəyəri 2 milyard dolları ötüb

Bu ilin avqust ayında Azexport portalına 54,9 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.

"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur. 

Portalın istifadəyə verildiyi 2017-ci ilin yanvar ayından indiyə qədərki 44 ay ərzində isə sifarişlərin ümumi dəyəri 2,014 milyard ABŞ dolları təşkil edib. Bu sifarişlər 141 ölkədən daxil olub.

Bundan başqa, ötən ay “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 19 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-sentyabr aylarında Mərkəz yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verib və bunun nəticəsində 133,7 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi