“Azexport” Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır

“Azexport” Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır Qeyd edək ki, “Azexport” portalı ilə Latviyanın “STC” şirkətinin əməkdaşlığı çərçivəsində Azərbaycanda istehsal olunan qida və kənd təsərrüfatı məhsullarına, həmçinin istehsal avadanlıqlarına müvafiq sertifikatların təmin edilməsində dəstəyin göstərilməsi
Biznes
25 Sentyabr , 2024 11:17
“Azexport” Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır.

Bu barədə “Report” Mərkəzə istinadən xəbər verib.

Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, bu əməkdaşlığın qurulması Azərbaycan mallarının, xüsusən aqrar sənaye məhsullarının Çin, Tayvan və Avropa ölkələrinə ixracının artırılmasında əhəmiyyətli rol oynayacaq. Belə ki, sadalanan ölkələrə qida və kənd təsərrüfatı məhsullarının ixracına dair sərt tələblər və sertifikatlaşdırma normaları tətbiq olunur. “STC” şirkətinin bu ölkələrdə mövcud təcrübəsindən faydalanaraq Azərbaycan məhsullarının ixrac coğrafiyasını daha da genişləndirmək imkanı əldə etmək mümkündür.

Şirkətin idarə heyətinin üzvü Leva Lace bildirib ki, təmsil etdiyi qurumun təlim mərkəzi Azərbaycanda yerləşən istehsal müəssisələrinə, fermerlərə, loqistika şirkətlərinə təlim, seminar və vebinarların təşkilində dəstək göstərməyə hazırdır. Artıq bu istiqamətdə birgə fəaliyyətin təşkilinə dair “Azexport” portalı ilə ilkin razılıq əldə olunub.

Qeyd edək ki, “Azexport” portalı ilə Latviyanın “STC” şirkətinin əməkdaşlığı çərçivəsində Azərbaycanda istehsal olunan qida və kənd təsərrüfatı məhsullarına, həmçinin istehsal avadanlıqlarına müvafiq sertifikatların təmin edilməsində dəstəyin göstərilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi