"Azexport"ın Qubada sahibkarlarla görüşü keçiriləcək

"Azexport"ın Qubada sahibkarlarla görüşü keçiriləcək İyunun 3-də Quba rayonunda fəaliyyət göstərən sahibkarların və gənclərin elektron ticarət biliklərinin artırılması məqsədilə görüş təşkil olunacaq.
Biznes
30 May , 2024 12:17
Azexportın Qubada sahibkarlarla görüşü keçiriləcək

İyunun 3-də Quba rayonunda fəaliyyət göstərən sahibkarların və gənclərin elektron ticarət biliklərinin artırılması məqsədilə görüş təşkil olunacaq.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının dəstəyi ilə baş tutacaq tədbirdə Mərkəzin operatoru olduğu Azexport portalının iş prinsipi və portalın xarici bazarlara çıxış üçün təqdim etdiyi imkanlar barədə məlumatlar veriləcək.

Görüşdə iştirakçılara "Amazon", "eBay", "Alibaba" kimi beynəlxalq elektron ticarət platformalarında məhsul yerləşdirmə imkanları, həmçinin "Payoneer" beynəlxalq ödəniş sistemindən istifadəyə dair praktik nümunələr üzərindən zəruri məlumatlar təqdim olunacaq.

Tədbir saat 12:00-da Universitetin Quba rayon filialında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi