"Azexport" beynəlxalq konsorsiuma sədrlik edəcək

Biznes
  • 22 aprel, 2022
  • 12:25
Azexport beynəlxalq konsorsiuma sədrlik edəcək

"Azexport" portalı "International Consortium of E-Commerce Development (ICED)" beynəlxalq konsorsiumuna həmsədr seçilib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Beynəlxalq təşkilatın əsas məqsədi müxtəlif ölkələrdə elektron ticarət sahəsində fəaliyyət göstərən qurumların birgə fəaliyyətin təşkili, beynəlxalq ticarətdə rəqəmsal həllərin təşviqi, nağdsız ödənişlərin stimullaşdırılması, sahə üzrə yeni layihələrin icrası, təlimlərin təşkili və beynəlxalq təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsidir.

Hazırda ilkin mərhələ olaraq təşkilata Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Norveçdən olan 25-ə qədər üzvün qoşulması prosesi həyata keçirilir.

İlin sonuna qədər təşkilatın üzvlərinin 100-ə çatması proqnozlaşdırılır.