“Azexport”: "Amazon" və "eBay"la ilkin mərhələdə 40 ölkəyə məhsul satılacaq”

“Azexport”: "Amazon" və "eBay"la ilkin mərhələdə 40 ölkəyə məhsul satılacaq” “ABŞ-ın elektron ticarət platformaları - "Amazon" və "eBay” vasitəsilə ilkin mərhələdə 40 ölkəyə Azərbaycan məhsulları satılacaq. Tədricən isə ölkələrin sayı artırılacaq”.
Biznes
2 Fevral , 2022 11:39
“Azexport”: Amazon və eBayla ilkin mərhələdə 40 ölkəyə məhsul satılacaq”

“ABŞ-ın elektron ticarət platformaları - "Amazon" və "eBay” vasitəsilə ilkin mərhələdə 40 ölkəyə Azərbaycan məhsulları satılacaq. Tədricən isə ölkələrin sayı artırılacaq”.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib.

“Satış zamanı bağlamalar poçtla çatdırılacaq. Hazırda poçt daşımalarında müəyyən problemlər olduğu üçün yalnız 40 ölkəyə daşımalar həyata keçirmək mümkündür. Gələcəkdə isə digər ölkələr nəzərdə tutulub”, - deyə o, qeyd edib.

A.Qədəşov “PayPal” ödəmə sisteminin Azərbaycanda aktiv olmamasının satışlara təsir etməyəcəyini də deyib: "Artıq elektron satış sistemləri “PayPal”ı əsas ödəmə sistemindən çıxarırlar. Hazırda "Amazon"da bu sistem var, "eBay"da isə ləğv edilib. Yalnız köhnə hesablarda "PayPal" hesablar aktivdir, "eBay"a yeni qoşulanlar bu ödəmə sistemini aktivləşdirə bilmir. "PayPal"a alternativ ödəmə sistemləri var. Məsələn "Payoneer" hazırda dünyada məşhurdur".

Son xəbərlər

Orphus sistemi