“Azexport” 10 ayda 400 milyon dollarlıq sifariş qəbul edib
- 30 noyabr, 2021
- 07:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında “Azexport” portalına 398,7 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayında bildirilir.
Sənədə əsasən, ötən ay isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 31,1 milyon ABŞ dolları təşkil edib. Ay ərzində “Azexport”a ən çox sifariş pambıq yağı, çay, zəli, tütün, un, tikinti materialları, yağ, şərab, bal, velosiped, armudu stəkan, qənnadı məhsulları, və s. mallara daxil olub.
2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 oktyabr tarixinə kimi isə (58 ay ərzində) “Azexport”a 238 ölkədən daxil olan sifarişlərinin dəyəri 2,62 milyard ABŞ dolları təşkil edib.