“AzeSteelCompany” ötən ili mənfəətlə başa vurub
- 14 iyul, 2022
- 06:06
Yeniliklərdən dərhal xəbərdar olun!
“AzeSteelCompany” ASC 2021-ci ili 347 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2020-ci ildən 31 min manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötəın il “AzeSteelCompany”nin vergiyəqədərki mənfəəti 419 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 72 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə “AzeSteelCompany”nin aktivləri 14,39 milyon mnat olub ki, bu da illik müqayisədə 12,6 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 5 dəfə artaraq 5,433 milyon manata, balans kapitalı isə 146,8 dəfə artaraq 8,957 milyon manata, o cümlədən nizamnamə kapitalı kəskin artaraq 100 manatdan 8,355 milyon manata çatıb.
Xatırladaq ki, “AzeSteelCompany” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,355 milyon manatdır.