“Azərxalça”: Hər bir toxucunun 1 kvadratmetr toxuma potensialı var

“Azərxalça”: Hər bir toxucunun 1 kvadratmetr toxuma potensialı var “Azərxalça”ASC-nin Quba filialında 4 il ərzində 244 ədəd xalça istehsal olunub
Biznes
25 May , 2021 13:58
“Azərxalça”: Hər bir toxucunun 1 kvadratmetr toxuma potensialı var

“Azərxalça”ASC-nin Quba filialında 4 il ərzində 244 ədəd xalça istehsal olunub.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin Quba filialının direktoru Nəzakət Novruzova məlumat verib.

Onun sözlərinə görə, Quba filialı 2017-ci ilin dekabr ayından fəaliyyətə başlayan emalatxanada 100-dən çox işçisi var: “Müəssisə fəaliyyətə başlayandan burada 56 toxucu xanım çalışır. Emalatxanada 43 dəzgah var. İşçilər arasında ən gənc toxucumuzun 24, ən qocamanın isə 64 yaşı var.

Bizdə əsasən 7 növü olan xovlu xalçalar toxunur. Xalçaların ölçüləri müxtəlif olur. Xalçaların əsasən keyfiyyətli olmasına diqqət yetirilir. Xalçalar istehsal olunduqdan sonra “Azərxalça” ASC-nin Sumqayıt filialına göndərilir. Bəzən sifarişlər əsasında xalçalar yuyulmadan saxlanılır. Sifarişçilər xüsusilə xalçaların yuyulmasını istəmir, buna səbəb hər xalçanın üzərində onu toxuyan işçinin əl izinin olmasıdır. Normalda xalçanın kəsilməsi, yuyulması, qırxılması prosesi mərhələli şəkildə həyata keçirilir”.

N.Novruzova onu da qeyd edib ki, bu günə qədər bu emalatxanada istehsal edilən 244 xalçanın ümumi sahəsi 861,64 kvadratmetr olub. “Burada əsasən, Quba, Şirvan xalçaları və çeşnilərindən istifadə edilir. Hər bir toxucunun 1 kvadratmetr toxuma potensialı olur. Lakin, məcbur deyil ki, hər bir toxucu 1 aya 1 kvadratmetrlik sahəni təhvil versin. Ortalama xalçanın çeşnilərindən asılı olaraq 1 metrlik xalçalarda təxminən 3-3,5 kq-a qədər ip istifadə olunur”.

Son xəbərlər

Orphus sistemi