"Azərxalça" ABŞ-da satış nöqtələri açacaq
Biznes
- 03 noyabr, 2022
- 13:38
"Azərxalça" ASC-nin satış nöqtələrinin Amerika Birləşmiş Ştatlarında (ABŞ) açılması ilə bağlı danışıqlar aparılır.
Bunu “Report”a qurumun sədri Emin Məmmədov deyib.
E. Məmmədov vurğulayıb ki, Azərbaycan xalçaları hazırda Rusiyada, Bruneydə, Dubayda satılır və bu ölkələrin sayı genişlənir: "ABŞ da satışlar tezliklə başlayacaq".
Onun sözlərinə görə, satışlar həmçinin onlayn formada aparılacaq: "Bu baxımdan satışlarımız dəfələrlə artıb".
"Azərxalça"nın rəhbəri bildirib ki, bu işlərlə bağlı yol xəritəsi hazırlanıb və gələcək fəaliyyət bu xəritə üzrə aparılacaq.
"Azərbaycan xalçaları bizim xalq sənətimiz, mədəni irsimizdir. Biz yeni inkişafa başlamışıq və qısa müddətdə tamamilə hər şeyi dəyişə bilərik", - E. Məmmədov deyib.
Son xəbərlər
23:04
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Xarici siyasət23:01
İran Avropa İttifaqından konstruktiv mövqe tələb edib
Region22:55
Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət22:47
Abbas Əraqçi Ceyhun Bayramovla görüşüb
Xarici siyasət22:45
Macarıstanda Azərbaycan-TDT əməkdaşlığı müzakirə edilib
Xarici siyasət22:39
Zelenski müharibənin qışdan əvvəl başa çatacağına ümid edir
Digər ölkələr22:36
"Borussiya" klubu yeni baş məşqçisini açıqlayıb
Futbol22:34
Tramp Putinlə yenidən görüşəcəyini istisna etməyib
Digər ölkələr22:25