“Azərsun Holdinq” ötən il 15 milyon manatdan çox xalis mənfəət əldə edib

Biznes
  • 23 iyun, 2023
  • 09:04
“Azərsun Holdinq” ötən il 15 milyon manatdan çox xalis mənfəət əldə edib

“Azərsun Holdinq” MMC 2022-ci ili 15,197 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətlər qrupunun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 46,3 % azdır.

Ötən il “Azərsun Holdinq”in satışdan gəlirləri 1 825,369 milyon manat (əvvəlki ilə nisbətən 19,9 % çox), satşının və xidmətlərinin maya dəyəri 1 360,287 milyon manat (18,6 % çox), satış və paylama xərcləri 100,114 milyon manat (0,7 % çox), inzibati və ümumi xərcləri 311,131 milyon manat (30,7 % çox), maliyyə xərcləri 11,461 milyon manat (22,6 % çox), asılı müəssisəyə investisiyadan zərəri 112 min manat (3,8 dəfə az), məzənnə fərqindən zərəri 2,188 milyon manat (3,7 dəfə çox), törəmə müəssisəsinin satışından gəlirləri 274 min manat (əvvəlki il olmayıb), digər gəlirləri 2,663 milyon manat (9,4 dəfə az), mənfəət vergisi ödəmələri 21,55 milyon manat (11,4 % az), təxirə salınmış vergi ödəmələri isə 6,267 milyon manat (28,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərsun Holdinq”in aktivləri 1 163,411 milyon manat olub ki, bu da illik müqayisədə 13,1 % çoxdur. Hesabat dövründə şirkətlər qrupunun öhdəlikləri 18 % artaraq 746,649 milyon manata, balans kapitalı isə 5,3 % artaraq 416,761 milyon manata çatıb.

Xatırladaq ki, “Azərsun Holdinq” 2000-ci ildə yaradılıb. Onun nizamznamə kapitalı 127,626 milyon manatdır.

44 filmi