“Azərlotereya”nın xalis mənfəəti 2% artıb

“Azərlotereya”nın xalis mənfəəti 2% artıb İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC 2020-ci ili 5,721 milyon manat xalis mənfəətlə başa vurub.
Biznes
3 İyul , 2021 10:00
“Azərlotereya”nın xalis mənfəəti 2% artıb

İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC 2020-ci ili 5,721 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2% çoxdur.

Ötən il “Azərlotereya”nın əsas əməliyyat (satışdan) gəlirləri 18,391 milyon manat (əvvəlki ilə nisbətən 11,5% az), satışının maya dəyəri 11,818 milyon manat (17,55% az), sair əməliyyat gəlirləri 259 min manat (11% az), maliyyə gəlirləri 321 min manat (22,05% çox), mənfəət vergisi ödəmələri isə 1,43 milyon manat (2% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərlotereya”nın aktivləri 12,659 milyon manat olub ki, bu da illik müqayisədə 23,8% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 55,35% azalaraq 3,815 milyon manata düşüb, balans kapitalı isə 9,6% artaraq 8,843 milyon manata çatıb.

Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır.

Son xəbərlər

Orphus sistemi