Azərbaycanlı investor regionun aparıcı telekommunikasiya şirkətini alıb

Azərbaycanlı investor regionun aparıcı telekommunikasiya şirkətini alıb ​​​​​​​Azərbaycanın "NEQSOL Holding" şirkəti Gürcüstanın telekommunikasiya sahəsində aparıcı şirkət olan "Caucasus Online" şirkətinin səhmlərinin 100 %-nin sahibi olub
Biznes
24 Mart , 2021 12:44
Azərbaycanlı investor regionun aparıcı telekommunikasiya şirkətini alıb

Azərbaycanın "NEQSOL Holding" şirkəti Gürcüstanın telekommunikasiya sahəsində aparıcı şirkət olan "Caucasus Online" şirkətinin səhmlərinin 100 %-nin sahibi olub.

"Report"un yerli bürosu xəbər verir ki, bir neçə gün öncə şirkətin sahibi Xviça Makatsariya səhmlərin yerdə qalan 51 %-ni azərbaycanlı investor Nəsib Həsənova təqdim edib.

Səhmlərin 49 %-i Azərbaycan şirkətinə 2019-cu ildə keçib.

2006-cı ildə yaradılan "Caucasus Online" bölgənin aparıcı telekommunikasiya şirkətidir. Şirkət 2008-ci ildən Avropadan Cənubi Qafqaz və Xəzər dənizi bölgəsinə internet tranzitini həyata keçirən Qara dənizin dibi ilə keçən 1 200 kilometrlik sualtı fiber-optik kabelin yeganə sahibidir. "Caucasus Online" yalnız Gürcüstanı deyil, Ermənistan və Azərbaycanın da böyük hissəsini internetlə təmin edir.

Son xəbərlər

Orphus sistemi