Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb

Biznes
  • 16 iyul, 2025
  • 15:52
Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb

Bu gün Hanoy şəhərində keçirilmiş Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının I iclası və Azərbaycan-Vyetnam Biznes Forumu çərçivəsində 5 sənəd imzalanıb.

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) "Report"a verilən məlumata görə, sənədlər iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Tədbir çərçivəsində Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “Rox Group” Səhmdar Cəmiyyəti, AZPROMO və VINEN, Azərbaycanın “GP Cotton Holdings” şirkəti ilə Vyetnamın “Phong Phu Corporation” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumları, eləcə də Azərbaycanın “Fresh-Meat” və Vyetnamım “Thong Vu JSC. CO”, “ANC Group LLC” ilə "Seven Centre" şirkətləri arasında əməkdaşlıq barədə niyyət protokolları imzalanıb.