Azərbaycanla Türkiyə arasında güzəşt tətbiq edilən malların sayı arta bilər
- 08 iyul, 2021
- 10:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Iqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBIA), Gömrük Komitəsi, Miqrasiya Xidməti də daxil olmaqla bir çox qurumlarla əlaqələrimiz var.
“Report”un məlumatına görə, bunu "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Abdurrahman Uzun bu gün jurnalistlərlə keçirdiyi görüşdə bildirib.
A.Uzun qeyd edib ki, təmsil etdiyi qurumun hökumətə bir sıra təklifləri olub:
"Pandemiya ilə əlaqədar əsas təkliflərimizi Operativ Qərargaha göndərdik. Təkliflərimiz əsasən pandemiyanın biznesə təsiri, onun qarşısını almaq yolları ilə bağlı olub.
Operativ Qərargah da təkliflərimizi müvafiq olaraq aidiyyəti qurumlara göndəriblər və həmin təkliflərin araşdırılması ilə bağlı məktub almışıq".
MÜSİAD rəhbəri Türkiyə ilə Azərbaycan arasında imzalanan tərcihli ticarət anlaşmasının əhəmiyyətli olduğunu və gələcəkdə güzəştli mallar siyahısının genişlənə biləcəyini qeyd edib.