Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi ötən il azalıb. "Report" xəbər verir ki, bunu Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın bugünkü iclasından sonra keçirilən mətbuat konfransında çıxış edən energetika naziri Natiq Əliyev deyib.
N.Əliyevin sözlərinə görə, ticarət dövriyyəsinin həcminin azalması hər iki dövlətdən asılı olmayan səbəblərdən baş verib: "Qeyri-neft sektoru üzrə ticarət dövriyyəsini genişləndirməyi düşünürük. Biz əsas nəqliyyat əlaqələrini genişləndirməyi nəzərdə tuturuq".