Bu gün Azərbaycanın yeni İqtisadiyyat naziri
“Report” xəbər verir ki, onu İqtisadiyyat Nazirliyinin işçilərinə Baş Nazir
Xatırladaq ki, oktyabrın 23-də Prezident
Xatırladaq ki, M.Cabbarov 1976-cı ildə Bakıda anadan olub. O, Bakı Dövlət Universitetinin "Beynəlxalq hüquq" fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
Yeni İqtisadiyyat naziri 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb, 2003-2004-cü illərdə nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edib, 2004-cü ildə isə naziri müavini vəzifəsinə təyin edilib.
M.Cabbarov 2009-cu ildə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə, 2013-cü ildə təhsil naziri, 2017-ci ildə isə Vergilər naziri vəzifəsinə təyinat alıb. Ölkə prezidentinin sərəncamı isə ona 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
Evlidir, 2 övladı var.