Azərbaycanın xəmir mayası istehsalçısının xalis mənfəəti 5 dəfə azalıb
- 19 may, 2022
- 05:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın xəmir mayası istehsalçısı “Azər-Maya” ASC 2021-ci ili 29 min manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 4,6 dəfə azdır.
Ötən il “Azər-Maya”nın vergiyəqədərki mənfəəti 36 min manat (əvvəlki ilə nisbətən 4,6 dəfə az), mənfəət vergisi ödəmələri isə 7 min manat (4,7 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azər-Maya”nın aktivləri 1,522 milyon manat olub ki, bu da,illik müqayisədə 2,2 dəfə azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,4 dəfə azalaraq 1,049 milyon manata, balans kapitalı isə 37,1 % azalaraq 474 min manata düşüb.
Xatırladaq ki, "Azər-Maya" 1973-cü ildən fəaliyyət göstərən keçmiş Bakı Bulka-Maya Zavodunun bazasında 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 444 min manatdır. Şirkət ölkənin preslənmiş xəmir mayasına olan tələbatını ödəyir.