Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən il 50 % azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən il 50 % azalıb 2020-ci ildə Azərbaycan xarici ölkələrlə 24,471 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Biznes
176
15 Yanvar , 2021 17:38
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən il 50 % azalıb

2020-ci ildə Azərbaycan xarici ölkələrlə 24,471 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 26,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 13,741 milyard dolları ixracın, 10,731 milyard dolları isə idxalın payına düşüb. Ötən il ixrac 30 %, idxal isə 21,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 3,01 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 49,6 % azdır.

Son xəbərlər

Orphus sistemi