Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artıb "Azərbaycanın xarici ticarət əlaqələrində ötən il əldə edilmiş müsbət dinamika bu ilin ilk 2 ayında da davam edib".
Biznes
17 Mart , 2022 16:06
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artıb

"Azərbaycanın xarici ticarət əlaqələrində ötən il əldə edilmiş müsbət dinamika bu ilin ilk 2 ayında da davam edib".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7,94 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu, ötən ilin eyin dövrü ilə müqayisədə 80,45% çoxdur.

Ötən 2 ayda xarici ticarət dövriyyəsinin 5,968 milyard dolları ixracın, 1,972 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 22,3% artıb.

Son nəticədə xarici ticarətdə 3,995 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,4 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi