Azərbaycanın vençur fondu Türkiyə startapına pul qoyub
- 17 mart, 2023
- 12:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın vençur fondu “Caucasus Ventures" MMC türk dövlətləri arasında rəqəmsal pul köçürmələri üçün nəzərdə tutulan Türkiyənin “Turan” startapına pul qoyub.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, startap üçün təşkil olunmuş investisiya turunda 20 milyon lirə vəsait cəlb edilib. Bunu isə Azərbaycan şirkəti ilə yanaşı, Türkiyənin “Birlesik Ode”, “Colendi Ventures”, “APY Ventures”, “KT Portfolio”, “Tera Portfolio”, “Neo Portfolio Turkaz Investment Fund” və “Re-Pie” şirkətləri təmin edib.
“Turan” ilk olaraq Türkiyə ilə Azərbaycan arasında rəqəmsal pul köçürmələrinə başlayıb. Onunla pulköçürmə prosesi 60 saniyə çəkir.
“Turan”ın qurucusu və baş icraçı direktoru Özgür Bayraktar bildirib ki, yeni investisiya turu hesabına şirkət Azərbaycan və Özbəkistanda fəaliyyətini gücləndirəcək.