Azərbaycanın Türkiyədən metal idxalına çəkdiyi xərci artırıb

Biznes
  • 10 iyul, 2024
  • 06:17
Azərbaycanın Türkiyədən metal idxalına çəkdiyi xərci artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 62,295 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Təkcə iyunda isə Türkiyə Azərbaycana 9,687 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 4,7 % çoxdur.

6 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 6,7 % azalaraq 6,066 milyard ABŞ dollarına, iyun ayında isə 13,9 % azalaraq 0,937 milyard ABŞ dollarına düşüb.