Azərbaycanın Türkiyədən metal idxalına çəkdiyi xərci 12 %-ə yaxın artırıb

Biznes
  • 09 noyabr, 2024
  • 08:02
Azərbaycanın Türkiyədən metal idxalına çəkdiyi xərci 12 %-ə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 118,502 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % çoxdur.

Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 13,752 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,5 % çxodur.

10 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 1,3 % azalaraq 10,406 milyard ABŞ dollarına düşüb, oktyabrda isə 15,6 % artaraq 1,121 milyard ABŞ dollarına çatıb.